PRESS-RELİZ

Posted by

“İnsan hüquqları XXI əsr- Azərbaycan” Fondu (Fond) tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Erməni vandalizmi: işğaldan öncə və sonra” fotolarda layihəsinin icrasına başlanılmışdır.

Layihənin əsas ideyası torpağlarımızın işğaldan azad eildikdən sonra qarşılaşdığımız acı mənzərəni, yerlə yeksan edilmiş tarixi və mədəni abidələrimiz, mülki və ictimai mülkiyyətin dağıdılması və talan edilməsi ilə bağlı faktları – “Erməni vandalizmi: işğaldan öncə və sonra” adlı foto-sərgi ilə dünyaya çatdırmaqdır. İdeyanın reallaşdırılması üçün Estoniya və Macarıstanda mövcud Azərbaycan evlərində erməni vandalizmi: işğaldan öncə və sonra” adlı fotosərginin təşkili nəzərdə tutulur. Foto-sərgi təxminən 1 ay müddətində Azərbaycan evlərində sərgilənəcəkdir.

Layihə çərçivəsində həmçinin erməni vandalizminə dair fotofaktları özündə əks etdirəcək yeni saytın yaradılması da nəzərdə tutulmuşdur.

Mətbuat Xidmət