Parisin Respublika meydanında həmrəylik mitinqi keçirilib

Posted by

Parisin Respublika meydanında həmrəylik mitinqi keçirilibPolis aksiyada 1 milyon 300 min insanın iştirak etdiyini açıqlayıb

Parisin Respublika meydanında həmrəylik mitinqi keçirilib

Parisin Respublika meydanında həmrəylik mitinqi keçirilib.

 

APA-nın Parisə ezam olunmuş müxbirinin verdiyi xəbərə görə, Fransa KİV-i mitinqdə 2 milyona yaxın insanın iştirak etdiyini yazıb.

 

 

Aksiyada 50-yə qədər ölkənin hökumət və dövlət rəhbərləri iştirak ediblər. Onlar bir qədər Fransua Ollandla birgə addımladıqdan sonra xatirə şəkli çəkdirərək, ərazini tərk ediblər.

 

Fransua Olland isə bundan sonra terror qurbanlarının yaxınları ilə görüşüb.

 

 

Aksiyada həmçinin müxtəlif dinlərin və qeyri-hökumət təşkilatlarının, həmçinin həmkarlar ittifaqlarının üzvləri iştirak ediblər.

 

 

Terrora məruz qalmış “Charlie Hebdo” nəşrinin əməkdaşları da aksiyaya qatılıblar. Onların mühafizəsi xüsusilə təşkil olunub.

 

 

Qeyd edək ki, Fransanın ifrat sağ millətçi partiyasının olan Milli Cəbhə Partiyası aksiyaya qatılmadığını bəyan edib, Partiyanın sədri xanım Marin Le Pen əyalətlərdə mitinqlər təşkil etdiklərini açıqlayıblar. Bu qərar Fransanın daxili siyasətində ciddi polemikaya səbəb olub.

 

 

Paris aksiyada 1 milyon 300 minə qədər insan iştirak etdiyini açıqlayıb.

 

Xatırladaq ki, bu aksiya iştirakçı sayına görə, həm Paris, həm də bütün Fransa üzrə ölkənin ən rekord aksiyası hesab olunur. Fransa KİV-i bu aksiyanı “böyük xalq birliyi” adlandırıb.

 

Apa.az