Obama Rusiyanın bəzi məmurlarına qarşı sanksiya tətbiq etdi
ABŞ Prezidenti Barak Obama Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyanın bəzi yüksəkvəzifəli məmurlarına qarşı sanksiya tətbiq edilməsi haqqında fərman imzalayıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, sanksiyaya məruz qalanlar arasında Federasiya Şurasının spikeri Valentina Matviyenko və Baş nazirin müavini Dmitri Roqozinin də adı var.
Sanksiyalar Moskvanın Ukraynadakı böhran zamanı atdığı addımlara cavab olaraq tətbiq olunur. Həmin şəxslərin ABŞ-a girişi qadağan edilir, aktivləri və mülkiyyəti isə bloka alınır.
Sanksiya siyahısında Leonid Slutski, Sergey Qlazyevin də adı var.
Trend.az