Bakının bir sıra yollarında Novruz şənlikləri ilə əlaqədar hərəkət məhdudlaşdırılır

Posted by

Bakının bir sıra yollarında Novruz şənlikləri ilə əlaqədar hərəkət məhdudlaşdırılır

Bakının bir sıra yollarında Novruz şənlikləri ilə əlaqədar hərəkət məhdudlaşdırılır

Bakının bir sıra yollarında Novruz şənlikləri ilə əlaqədar hərəkət məhdudlaşdırılır

Novruz bayramı şənliklərinin keçirilməsi ilə əlaqədar olaraq, sabahdan etibarən Bakının bir sıra yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, Novruz bayramı şənliklərinin qeyd edilməsi məqsədilə paytaxt Bakıda möhtəşəm mərasimlərin keçirilməsi nəzərdə tutulur. Bu mərasimlərin, eləcə də yol hərəkətində təhlükəsizliyin təmin edilməsi məqsədi ilə yol polisi gücləndirilmiş iş rejimində xidmətə başlayıb.

Şöbə rəisi qeyd edib ki, tədbirlərin keçirildiyi ərazilər, onlara bitişik küçə və yollar nəzarətə götürülərək müxtəlif tədbirlər həyata keçiriləcək: “Belə ki, martın 18-i səhər saatlarından etibarən İçərişəhər-Qoşa Qala Qapısı meydanında keçiriləcək tədbirlə əlaqədar “Azneft” dairəsindən, Niyazi və İstiqlaliyyət küçələrindən Azərbaycan prospekti istiqamətində hərəkət tənzimlənəcək. İstiqlaliyyət küçəsi-Azərbaycan prospekti kəsişməsindən Qoşa Qala Qapısı istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək. Tədbir bitənədək Qoşa Qala Qapısından Əziz Əliyev küçəsinə keçməklə Neftçilər prospekti istiqamətində hərəkətə tam məhdudiyyət qoyulacaq”.

Bundan əlavə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi əhali, avtomobil sahibləri və sürücülərə, Dənizkənarı Milli Park boyu keçiriləcək bayram şənlikləri ilə əlaqədar tədbirə qatılmaq istəyənlərə ictimai nəqliyyat vasitələrindən istifadəni tövsiyə edir.

 

Trend.az