Nyu-Yorkda BMT-nin qadınların vəziyyəti üzrə Komissiyasının 58-ci sessiyası davam edir

Posted by

Xəbər verdiyimiz kimi, Nyu-Yorkda BMT-nin qadınların vəziyyəti üzrə Komissiyasının 58-ci sessiyası keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova sessiyanın növbəti iclaslarında iştirak etmişdir.

Komitənin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, sessiya çərçivəsində komitə sədrinin bir sıra beynəlxalq təşkilatların, o cümlədən BMT-nin müvafiq qurumlarının nümayəndələri ilə görüşü olmuşdur. Görüşdə BMT ilə mövcud əlaqələrin daha da gücləndirilməsi, yeni maarifləndirmə kampaniyalarının keçirilməsi müzakirə edilmişdir.

Sessiya martın 21-dək davam edəcəkdir.

AzərTac.az