Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına 4 milyard dollardan artıq vəsait yönəldilib

Posted by

Son 10 il ərzində məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına Azərbaycan hökuməti tərəfindən 3,6 milyard manat vəsait yönəldilib. Trend-in məlumatına görə, bu barədə Baş nazir Artur Rasizadə Milli Məclisdə 2013-cü ilin yekunları üzrə hökumətin hesabatını təqdim edərkən deyib.

Baş nazir bildirib: “Ötən il məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üzrə işlər davam etdirilib. 2013-cü ildə 29 min adam yeni mənzillərə köçürülüb. Məcburi köçkünlərin sosial problemlərinin həllinə 637 milyon manat yönəldilib ki, bu da 2003-cü illə müqayisədə 5,8 dəfə çoxdur”.

Onun sözlərinə görə, son on il ərzində Azərbaycan 5400 kilometrdən artıq su xətti, 1200 kilometrdən artıq kanalizasiya xətti çəkib, çoxlu sayda su anbarı, nasos stansiyaları, sutəmizləyici qurğular tikilib, bu gün ölkə əhalisinin 55 faizi keyfiyyətli içməli su lə təmin olunub.

Baş nazir qeyd edib ki, hesabat dövründə Azərbaycanın enerji sisteminin ümumi gücü 12,9 faiz artaraq 7 min meqavatı ötüb. Son 10 ildə ölkədə 17 elektrik stansiyası istismara verilib, 15 min kilometr elektrik ötürücü xətti (EÖX) çəkilib, 1600-dən artıq yarımstansiya tikilib və yenidən qurulub.

Trend.az