İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Milli Məclisdə hesabat verəcək

Posted by

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Milli Məclisdə hesabat verəcək

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Milli Məclisdə hesabat verəcək

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Milli Məclisdə hesabat verəcək

Milli Məclisin növbəti plenar iclası aprelin 4-də keçiriləcək. Bu barədə Trend-ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Mətbuat xidmətindən verilən məlumata görə, parlamentin aprelin 4-də keçiriləcək plenar iclasının gündəliyinə 17 məsələ daxil edilib. Parlamentdə əvvəlcə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatı dinləniləcək.

Deputatlar “Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası hökuməti arasında diplomatik, xüsusi və xidməti pasportlara malik şəxslərin vizasız gediş-gəlişi haqqında” Sazişin təsdiq edilməsinə və “Dövlət qulluqçularının icbari sığortası haqqında” Qanununun ləğv edilməsinə də münasibət bildirəcəklər.

Bundan əlavə, millət vəkilləri “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Tibbi sığorta haqqında”, “Texniki təhtükəsizlik haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında”, “Nəqliyyat haqqında”, “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət gostərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında”, “Məhkəmə və hüquq-mühafızə orqanları işçilərinin dovlət icbari şəxsi sığortası haqqında”, “Ətraf mühitin mühafızəsi haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Avtomobil yolları haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun layihələrinə düzəlişlər edilməsi, o cümlədən “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi haqqında” qanun layihəsini müzakirə edəcəklər.

 

Trend.az