Nazir: Tacikistan Azərbaycan ilə birgə müəssisələrin fəaliyyəti üçün əlverişli şərait yaratmağa hazırdır

Posted by

Nazir: Tacikistan Azərbaycan ilə birgə müəssisələrin fəaliyyəti üçün əlverişli şərait yaratmağa hazırdır

Nazir: Tacikistan Azərbaycan ilə birgə müəssisələrin fəaliyyəti üçün əlverişli şərait yaratmağa hazırdırNazir: Tacikistan Azərbaycan ilə birgə müəssisələrin fəaliyyəti üçün əlverişli şərait yaratmağa hazırdır

Tacikistan ölkə ərazisində birgə Azərbaycan-Tacikistan müəssisələrinin yaradılması və gələcək fəaliyyəti üçün şərait yaratmağa hazırdır.
Trend-in məlumatına görə, bu barədə Bakıda keçirilən Azərbaycan-Tacikistan ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının II iclasında Tacikistanın meliorasiya və su təsərrüfatı naziri Rəhmət Bobokalonov bildirib.
Xalqlarımızı qədim dostluq əlaqələrinin birləşdirdiyini deyən R.Bobokalonov bildirib: “Azərbaycan ölkəmizi artıq uzun illərdir dəstəkləyib və dəstəkləyir. Bu dəstəyin əsasını Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev qoyub. Münasibətlərimizin inkişafı Tacikistanın xarici siyasətinin ayrılmaz hissəsidir. Dövlət başçılarımızın səmərəli qarşılıqlı səfərləri və xeyli sayda imzalanmış ikitərəfli sazişlər iki ölkə arasında münasibətlərin dinamik inkişafından xəbər verir”.
Onun sözlərinə görə, qarşılıqlı əməkdaşlığın təhlili göstərir ki, indiki mərhələdə iki ölkənin münasibətlərində istifadə edilməmiş ehtiyat mövcuddur.
Tacikistanlı naziri bildirib: “Azərbaycan-Tacikistan əməkdaşlığının prioritetləri tərəfimizdən birgə müəssisələrin yaradılması, qida sənayesi sahəsində əməkdaşlıq, investisiyaların cəlb edilməsi kimi məsələlər qismində nəzərdən keçirilir”.
Onun sözlərinə görə, Tacikistan tərəfi əməkdaşlığın inkişafı üzrə tədbirlər görməyə hazırdır: “Biz birgə müəssisələrin açılması üçün şərait yaratmağa, bu müəssisələri xammal və zəruri materiallarla təmin etmək üçün tədbirlər görməyə hazırıq”.