Nazir müavini: “Əmək müqavilələri ilə bağlı elektronlaşma prosesini işə götürənlər həyata keçirəcəklər”

Posted by

“Hazırda elektron informasiya bazasının yaradılması ilə bağlı normativ hüquqi bazanın formalaşdırılması prosesi demək olar ki, yekunlaşıb”. Bu fikirləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib. Onun sözlərinə görə, elektron informasiya bazası ilə bağlı proqram təminatı hazırdır və qaydalar təsdiq olunduqdan sonra əmək müqavilələrinin bildirişləri üzrə elektron informasiya sistemi istifadəyə veriləcək.

“Ümumiyyətlə bu elektron informasiya sistemini istifadəsini əsas məqsədi əmək münasibətlərində şəffaflığını təmin olunmasıdır. Bu, həm işə götürənlərin, həm də işçilərin öz əmək hüquqlarının müdafiəsinin təmin etmək məqsədi daşıyır. Elektron informasiya sistemi qeyri-leqal əmək fəaliyyətinin qarşısının alınması istiqamətində ciddi addım olacaq”.

İdris İsayev bildirib ki, elektronlaşma prosesini işə götürənlər həyata keçirəcəklər. Onlar bağladıqları müqavilələrin nüsxələrini elektron informasiya sisteminə yükləmək öhdəliyinə sahibdir.

“Əmək müqavilələri ilə muzdla işləyən şəxslərin sayı artıq 1 milyon 521 mini ötüb. Düşünürəm ki, elektron informasiya sistemi istifadəyə verildikdən sonra bu artım daha da sürətli olacaq”.

Nazir müavini həmçinin bildirib ki, görülən müvafiq tədbirlər nəticəsində qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olanların sayında kəskin azalma müşahidə olunub.

Apa.az