Azərbaycanda qadın polislərin əsasən hansı sahələrdə xidmət apardığı açıqlandı

Posted by

Azərbaycanda qadın polislərin əsasən hansı sahələrdə xidmət apardığı açıqlandı

Azərbaycanda qadın polislərin əsasən hansı sahələrdə xidmət apardığı açıqlandı

Azərbaycanda qadın polislərin əsasən hansı sahələrdə xidmət apardığı açıqlandı

Son illər daxili işlər orqanlarında qadın əməkdaşların sayı artıb. Xanım polislər daxili işlər orqanlarının (DİO) bütün xidmət sahələrində, əsasən də, istintaq, təhqiqat, kadr, pasport, maliyyə, tibb, statistik informasiya, informasiya kommunikasiyası, yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili, “102” və “Təhlükəsiz şəhər” xidmətlərində müxtəlif vəzifələrdə, müxtəlif rütbələrdə təmsil olunurlar. Bu barədə Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini, polkovnik Ehsan Zahidov bildirib.

E.Zahidov deyib ki, hazırda Azərbaycanın daxili işlər orqanlarında xidmət edən ümumi əməkdaşların 8.4 faizini qadın əməkdaşlar təşkil edir ki, bu da əvvəlki illərlə müqayisədə xeyli çoxdur. Ümumiyyətlə, son 10 ildə daxili işlər orqanlarında (DİO) qadın əməkdaşların sayı ildən-ilə artır.

Onun sözlərinə görə, polis qadın əməkdaşlarının bir hissəsi bu gün “ASAN xidmət” mərkəzlərində də vətandaşlarımıza nümunəvi xidmət göstərirlər.

Qeyd edək ki, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında” Əsasnaməyə əsasən polisdə xidmətə könüllülük əsasında, şəxsi keyfiyyətlərinə, fiziki və peşə hazırlığına, sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə Azərbaycan dilini bilən, yaşı 20-dən aşağı və 30-dan yuxarı olmayan Azərbaycan Respublikasının vətəndaşları, o cümlədən qadınlar qəbul olunurlar.

E.Zahidov bildirib ki, buradan da aydın görünür ki, ölkəmizdə xanımların polis sıralarında işləməsinə heç bir maneə, qadağa yoxdur.

DİN rəsmisi yeri gəlmişkən, 8 mart münasibətilə qadın həmkarlarını təbrik edib, onlara seçdikləri bu çətin və bir o qədər də şərəfli peşədə yeni-yeni uğurlar arzulayıb.

 

Trend.az