Nazir: “Bakıdan şimal istiqamətdə dənizə çirkli su axıntılarının miqdarı demək olar ki, minimuma endrilib”

Posted by

Nazir: "Bakıdan şimal istiqamətdə dənizə çirkli su axıntılarının miqdarı demək olar ki, minimuma endrilib"Nazir: “Bakıdan şimal istiqamətdə dənizə çirkli su axıntılarının miqdarı demək olar ki, minimuma endrilib”

Nazir: "Bakıdan şimal istiqamətdə dənizə çirkli su axıntılarının miqdarı demək olar ki, minimuma endrilib"

Təxminən 60-a yaxın rayon mərkəzində çirkli suların təmizlənməsi ilə bağlı irimiqyaslı kanalizasiya layihələri həyata keçirilir.

 

APA-nın məlumatına görə, bu barədə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.

 

Nazir qeyd edib ki, Həştərxanda prezidentlərin görüşü zamanı da bu mövzu geniş müzakirə olunub və müəyyən sənədlər imzalanıb: “Azərbaycan öz növbəsində bununla bağlı çox iş görüb. 104 kilometr məsafədə Abşeron yarımadasının şimal sahillərində dənizə sıfır axıntı prinsipi həyata keçirlib. Böyük axarların üzərində “Azərsu” müəssisələr tikib və dənizə təmiz su axıdılır. Sahibi olmayan axıntıların üzərində isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 17 stansiya quraşdırıb. Bunun nəticəsində də axan sular təmizlənərək dənizə buraxılır. Artıq neçə illərdir ki, Respublika Gigiyena və Epidemilogiya Mərkəzi çimərlik mövsümündə monitorinqlər keçirir. Monitorinqlərin nəticəsi elan ediləndə də məhz həmin 104 kilometr məsafədə patogen mikrobların olmadığını qeyd edirlər”.

 

Nazir onu da əlavə edib ki, böyük sutəmizləyici qurğular yenilənib, yeni qurğular tikilir: “Həmin qurğular tullantı sualırının emalı ilə məşğul olur. Bakıdan şimal istiqamətdə dənizə çirkli su axıntılarının miqdarı demək olar ki, minimuma endrilib. Bu iş davam etdirilir. Bunun başa çatması nəticəsində ölkəmiz bu sahə üzrə inkişaf etmiş ölkələr səviyyəsinə çatacaq”.

 

APA.az