Naxçıvanda SMS mübadiləsi xidməti işə salınıb
Naxçıvan Muxtar Respublikasının (NMR) simsiz rabitə operatoru “Naxtel” Azərbaycanın GSM operatorları şəbəkəsində SMS məlumatların göndərilməsi xidmətini işə salıb. Bunu Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) deyiblər.
Layihə MHM və NMR-in Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə reallaşdırılıb. Göndərilmiş SMS-lər haqqında informasiya MHM-in serverlərində hər gün qeydiyyatdan keçirilir. “Naxtel”in abonentləri xidmətdən istifadəyə görə ödənişi poçt şöbələri və onlayn-ödənişlər vasitəsilə həyata keçirə biləcəklər.
“Naxtel” nömrəsinə SMS göndərişin qiyməti 0,02 manat, Azərbaycanın GSM operatorlarının şəbəkəsində 0,03 manat, beynəlxalq nömrələrə isə 0,05 manat təşkil edir.
Trend.az