Arzu Rəhimov qəbul keçirəcək

Posted by

Arzu Rəhimov qəbul keçirəcəkArzu Rəhimov qəbul keçirəcək

Arzu Rəhimov qəbul keçirəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciət, ərizə və şikayətlərinin müsbət həll edilməsi üçün müvafiq tədbirlər görürlər.

 

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov yanvarın 22-də saat 10:00-da qurumun Quba rayon şöbəsinin inzibati binasında (Quba şəhəri, Y.Qasımov küçəsi, 1) Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarının sakinlərini qəbul edəcək.

 

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildiriblər ki, qəbula yazılmaq istəyən vətəndaşların yanvarın 21-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

 

sia.az