Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Posted by

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

 

 

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Aprelin 7-də Məzahir Pənahovun sədrliyi ilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

 

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 2015-ci il fevralın 12-də keçirilmiş iclasının protokolu təsdiq edilib.

 

Sonra MSK Katibliyi strukturunun və ştat vahidlərinin yenidən təsdiq edilməsinə dair məsələ müzakirə olunub. Komissiya Azərbaycan Respublikası Seçki Məcəlləsinin və “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 2014-cü il 30 sentyabr tarixli Azərbaycan Respublikası Qanununu rəhbər tutaraq MSK Katibliyinin strukturunun və ştat vahidlərinin yenidən təsdiq edilməsini qərara alıb.

 

MSK-nın qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

 

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb.

 

AzərTac.az