Mərakeş Krallığı parlamentinin nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etmişlər

Posted by

Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının Xarici əlaqələr, milli müdafiə, islam məsələləri və xaricdə yaşayan mərakeşlilər ilə iş üzrə Komitəsinin sədri Ali Kəbirinin başçılıq etdiyi nümayəndə heyəti fevralın 19-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə güllər qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə güllər düzülmüşdür.

Sonra Şəhidlər xiyabanında ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilmiş, məzarları üstünə güllər qoyulmuşdur.

Qonaqlar Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etmişlər.

AzərTac.az