Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti toplantısı keçiriləcək

Posted by

Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti yığıncağı aprelin 22-də Moskvada keçiriləcək. APA-nın İRNA-ya istinadən yaydığı məlumata görə, bu barədə İranın Rusiyadakı səfiri Mehdi Sənayi ilə Rusiya prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İqor Bratçikov arasında aprelin 14-də keçirilmiş görüşdə açıqlama verilib. Görüşdə həmçinin Xəzər dənizinin hüquqi statusu ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu ilin sentyabrında Rusiyanın Həştərxan vilayətində Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinin keçirilməsi planlaşdırılır. Nazirlərin yığıncağında Xəzər dənizinin qorunması və bioloji ehtiyatlarından səmərəli istifadə ilə bağlı müqaviləyə əsasən görülən işlərin nəticələrinin nəzərdən keçirilməsi, fövqəladə halların aradan qaldırılması sahəsində əməkdaşlıq müqaviləsi, Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinin, həmçinin sahilyanı ölkələrin prezidentlərinin bəyannamələri əsas müzakirə mövzusu olacaq. Toplantıda İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin də iştirakı gözlənilir.

Apa.az