Monako rəsmisi: Bakı ilə Nitsa arasında birbaşa aviareysin açılması turizmin inkişafına ciddi təkan verəcək

Posted by

Monakonun Turizm və Konqreslər İdarəsi Azərbaycanda fəaliyyətini aktivləşdirmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Bakıda keçirilən Monako Knyazlığının turizm potensialının təqdimatı zamanı idarənin nümayəndəsi Kristof Briko deyib.

O, qeyd edib ki, artıq indi Monakoya Azərbaycandan çoxlu sayda turist və ölkədə xeyli müddət qalan, kifayət qədər təmin edilmiş insanlar gəlir: “Hələ ki, burada daimi ofisin açılışı haqqında danışmaq tezdir, amma knyazlığın Moskvadakı Turizm İdarəsinin nümayəndəliyi fəaliyyətini inkişaf etdirəcək”.

K.Briko əlavə edib ki, idarə regionlarla çalışır və Azərbaycana ilk növbədə dil amilini nəzərə alaraq Rusiya və Qazaxıstan kimi ölkələr sırasında baxır.

Onun sözlərinə görə, birbaşa aviasiya əlaqəsinin qaydaya salınması Azərbaycanla Monako arasında turizmin inkişafına ciddi təkan verərdi: “Bu, əlaqələrin inkişafında ən ciddi problemdir. Bakı ilə Nitsa arasında birbaşa aviareysin açılması hər iki tərəfdən turist axınının artmasına lazımi şərait yaradardı, çünki istirahət etmək istəyənlər həmişə nisbətən daha rahat yol axtarırlar. Digər tərəfdən, əminəm ki, Azərbaycandan Monakoya və əks istiqamətə səyahətçilərin sayının artması ölkələrimiz arasında birbaşa aviareys məsələsinin həllinə öz töhfəsini verərdi”.

Trend.az