Məktəb direktorları üçün təlim keçiriləcək

Posted by

Məktəb direktorları üçün təlim keçiriləcəkMəktəb direktorları üçün təlim keçiriləcək

Məktəb direktorları üçün təlim keçiriləcək

Təhsil Nazirliyinin məktəblərin idarə edilməsi üzrə apardığı islahatları dəstəkləmək məqsədilə YUNİSEF və Xəzər Universiteti tərəfindən “Potensial məktəb direktorlarına məktəbin idarə edilməsi üzrə təlim” kursu keçiriləcək.

 

Trend Təhsil Nazirliyinin saytina istinadən xəbər verır ki, təlimlər yeddi moduldan ibarət olmaqla üç ay davam edəcək. Hər modul üzrə mütəmadi tədqiqat mövzuları veriləcək, qiymətləndirmələr aparılacaq. Təlimi uğurla başa vuranlara sertifikat təqdim olunacaq. Bundan əlavə, iştirakçılardan gələcəkdə Xəzər Universitetində magistratura səviyyəsində təhsilini davam etdirmək istəyənlər üçün beş (ECTS) kredit veriləcək.

 

Sertifikat alan şəxslər Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin direktorları vəzifəsinə gələcəkdə yaranan vakansiyalar üzrə keçiriləcək müsabiqədə iştirak edə bilərlər.

 

Trend.az