Məişət zorakılığına qarşı mübarizə ilə bağlı təlim kursları keçiriləcək

Posted by

Məişət zorakılığına qarşı mübarizə ilə bağlı təlim kursları keçiriləcəkMəişət zorakılığına qarşı mübarizə ilə bağlı təlim kursları keçiriləcək

Məişət zorakılığına qarşı mübarizə ilə bağlı təlim kursları keçiriləcək

Məişət zorakılığına məruz qalan uşaqlar və gənclər, habelə onların ailələri ilə sosial, hüquqi, tibbi-psixoloji işin aparılmasına dair müvafiq yerli dövlət orqanlarının nümayəndələri üçün təlim kursları təşkil ediləcək.

Kurslar oktyabrın 15-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində, oktyabrın 17-də isə Sabunçu rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binasında baş tutacaq.

Ümidli Gələcək Gənclər Təşkilatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatının birgə təşkilatçılığı ilə keçiriləcək kursların məqsədi “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun tətbiqi prosesinə, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrasına töhfə verməkdir.

 

AzərTac.az