Misirin nüfuzlu “Əl-Məsəiyyə” qəzetində Xocalı soyqırımının 22-ci ildönümü haqqında məqalə dərc edilmişdir

Posted by

Misirin nüfuzlu “Əl-Məsəiyyə” qəzetində bu nəşrin baş redaktorunun müavini Məhəmməd Sələmənin “Xocalı soyqırımının 22-ci ildönümü” başlıqlı məqaləsi dərc edilmişdir.

M.Sələmə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ərazilərinin 20 faizinin işğal olunduğunu, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz doğma yurdlarından didərgin salındığını və zəbt edilmiş ərazilərdə insan hüquqlarının ciddi şəkildə pozulduğunu bildirmişdir.

Müəllif erməni silahlı qüvvələrinin 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımı nəticəsində 106 qadın, 63 uşaq, 70 qoca və qarı olmaqla, ümumilikdə, 613 dinc sakinin qətlə yetirildiyini, 1275 xocalılının əsir və 150 xocalının itkin düşdüyünü oxucuların diqqətinə çatdırmışdır.

M.Sələmə bəzi böyük dövlətlərin Ermənistanı dəstəkləməsi və hərbi yardım göstərməsi nəticəsində BMT Təhlükəsizlik Şurasının təcavüzkar dövlətin ordu birləşmələrinin işğal edilmiş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması haqqında məlum dörd qətnaməsinin və digər beynəlxalq təşkilatların qərarlarının Ermənistan tərəfindən indiyədək yerinə yetirilmədiyini bildirmişdir.

ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında 20 ildən çox davam edən sülh danışıqlarının hər hansı bir nəticə vermədiyini söyləyən M.Sələmə regionda yeni bir müharibənin başlanması təhlükəsinin qaçılmaz olduğunu vurğulamışdır.

M.Sələmə Ermənistanın işğal etdiyi ərazilərdə tarixi-mədəni abidələri, müqəddəs yerləri dağıtmasının həmin ərazilərin Azərbaycana aid olduğunu bir daha sübut etdiyini diqqətə çatdırmışdır.

AzərTac.az