Millət vəkili hərbi xərclərin artırılmasını təklif edib
2015-ci ilin dövlət büdcəsində hərbi xərcləri artırmaq lazımdır.
“APA-Economics”in məlumatına görə, bunu Milli Məclisdə Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə zərfinin plenar müzakirəsi zamanı millət vəkili Evda Avramov deyib.
Millət vəkili bildirib ki, müharibə şəraitində olan ölkənin hərbi xərclərinin artırılmasına ehtiyac var: “Bizim başqa çarəmiz yoxdur. Biz müharibə vəziyyətində yaşayırıq. Buna görə də hərbi xərclər daha da artırılmalıdır”, – deyə E. Avramov vurğulayıb.
Apa.az