Mədəniyyət və turizm naziri Astarada vətəndaşları qəbul edib

Posted by

Mədəniyyət və turizm naziri Astarada vətəndaşları qəbul edibMədəniyyət və turizm naziri Astarada vətəndaşları qəbul edib

Mədəniyyət və turizm naziri Astarada vətəndaşları qəbul edib

Noyabrın 19-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran, Cəlilabad, Astara, Lerik, Masallı, Yardımlı rayonlarından olan sakinləri qəbul edib.

 

APA-nın cənub bürosunun məlumatına görə, nazirliyin məsul işçilərinin də qatıldıqları qəbulda vətəndaşlar Ə.Qarayevə müxtəlif xahiş və təkliflərlə müraciət ediblər.

 

Həmin müraciətlər əsasən ümumtəhsil məktəblərində mədəniyyət olimpiadalarının keçirilməsi, “Fəxri kitabxanaçı” adının təsis edilməsi, Astara rayonunun Kakalos kəndində fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyinin filialının açılması, kitabxanaların komplektləşdirilməsi məqsədilə vahid təchizat bazasının yaradılması, Astara rayonunda IX əsrə aid su dəyirmanının konservasiya olunması, adları “Qızıl kitab”a düşmüş gənc musiqiçilərin bölgələrdə konsertlərinin təşkil edilməsi, rayonlarda folklor festivallarının keçirilməsi, uşaq-incəsənət məktəblərində yeni şöbələrin açılması, respublika ərazisində olan tarixi abidələr barədə məlumat-kitabçaların nəşr olunması və rayonlara göndərilməsi, arxeoloji qazıntıların aparılması, tarix və mədəniyyət abidələrin bərpasına köməklik göstərilməsi, gözdən əlil olan insanlar üçün mərkəzi kitabxanalara xüsusi kompüterlərin verilməsi, mədəniyyət sahəsində ixtisaslı mütəxəssislərin rayonlara göndərilməsi və digər məsələlərlə bağlı olub.

 

Vətəndaşları dinləyən nazir Ə.Qarayev bütün məsələlərin diqqətlə nəzərdən keçiriləcəyini, onların həlli üçün lazımi tədbirlərin görüləcəyini bildirib.

 

Mədəniyyət və Turizm Nazirliyinin səlahiyyətinə aid olmayan təklif və müraciətlər isə aidiyyəti orqanlara çatdırılmaqdan ötrü qeydiyyata götürülüb.

 

Qəbuldan sonra nazir Ə.Qarayevin, nazirliyin məsul işçilərinin, rayonların mədəniyyət və turizm müəssisləri rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib.

 

 

Apa.az