Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilmişdir

Posted by

Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilmişdir

Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilmişdir

Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilmişdir

Martın 6-da Azərbaycan Respublikası Milli Məclisinin təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov gündəlikdə duran “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında məlumat vermişdir.

Z.Əsgərov demişdir ki, Azərbaycan terrorizmə qarşı mübarizə ilə bağlı 15-dək beynəlxalq konvensiyaya qoşulmuşdur. Həmçinin Milli Məclisdə bir sıra müvafiq qanunvericilik aktları qəbul olunmuşdur.

Qeyd edilmişdir ki, müxtəlif dövlətlərdən insanların müharibə gedən xarici ölkələrə aparılması, terrora çağırış, terrorun maliyyələşdirilməsi kimi hallar artıq bəşəri bir problemə çevrilmişdir. Bu proseslər dolayı yollarla bizim də milli maraqlarımıza ziyan gətirir. Qanunda edilmiş dəyişikliklərin əsas məqsədi də terrorçuluqla mübarizədə görülən tədbirlərin səmərəliliyinin artırılmasıdır.

Çıxış edən komitə üzvləri qanunda dəyişikliklərlə bağlı fikirlərini və təkliflərini səsləndirmişlər.

Müzakirələrin sonunda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunmuşdur.

 

AzərTac.az