Dövlət Sosial Müdafiə Fondunun “Pensiya+” xidmətindən istifadə edənlərin sayı artır

Posted by

Dövlət Sosial Müdafiə Fondunun "Pensiya+" xidmətindən istifadə edənlərin sayı artır

Dövlət Sosial Müdafiə Fondunun “Pensiya+” xidmətindən istifadə edənlərin sayı artır

Dövlət Sosial Müdafiə Fondunun "Pensiya+" xidmətindən istifadə edənlərin sayı artır

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) “Pensiya+” xidmətindən istifadə edənlərin sayı artır.

Fonddan Trend-ə verilən məlumata görə, layihənin həyata keçirilməsindən ötən 1 aydan artıq müddətdə bu xidmətdən 1000 nəfərə yaxın vətəndaş faydalanıb və bunun nəticəsində pensiyaçılar tərəfindən həyata keçirilən nağdsız ödənişlərin dövriyyəsi 2 dəfə çoxalıb.

Qeyd edək ki, “Pensiya+” layihəsi çərçivəsində Azərbaycan Beynəlxalq Bankına məxsus bütün pensiya kartlarının sahibləri üçün faizsiz kredit limitindən istifadə imkanı yaradılır.

DSMF-nin əmək pensiyaları şöbəsinin müdiri Elşən Məmmədəliyev KİV nümayəndələri üçün keçirdiyi brifinqdə bildirib ki, layihənin reallaşdırılmasından ötən 1 aydan artıq müddətdə bu xidmətdən 1000 nəfərə yaxın pensiyaçı faydalanıb və nəticədə pensiyaçılar tərəfindən reallaşdırılan nağdsız ödənişlərin dövriyyəsi 2 dəfə çoxalıb: “Kredit limiti yalnız nağdsız alış-veriş zamanı istifadə oluna bilər və bu xidmətə görə pensiyaçılardan hər hansı xidmət haqqı tutulmur. Pensiyaçı öz pensiya vəsaitini tam xərclədikdən sonra yenidən kreditdən yararlana bilər. Belə ki, pensiyaçının kredit limitindən istifadə etdiyi məbləğ borc şəklində tam ödənildikdən sonra kredit limiti yenidən aktivləşir.”

Elşən Məmmədəliyev qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondu vətəndaşların pensiya ödənişini 2004-cü ildən plastik kartlarla həyata keçirir. Hazırda kəndlərdə yaşayan əmək pensiyaçılarının 99,7 faizi, şəhərlərdə yaşayan pensiyaçıların isə 100 faizi üzrə pensiyalar plastik kartlarla ödənilir.

Ümumilikdə ölkədə pensiyaların 99,9 faizinin ödənişi plastik kartlarla reallaşdırılır: “Pensiyaların ödənişi üçün pensiyaçılara çoxfunksiyalı çipkartlar verilib. Amma təəssüf ki, pensiyaçılarımız plastik kartlardan yalnız öz pensiyalarının nağdlaşdırılmasında yararlanırlar. DSMF-nin bu il fevral ayının 1-dən tətbiqinə start verdiyi “Pensiya+” layihəsi bu sahədə yaranmış problemin həllinə də öz töhfəsini verməkdədir. Artıq kommunal ödənişləri, yəni işıq, su, qaz və telefon xidmətlərinin ödənişini də “Pensiya+” layihəsi çərçivəsində həyata keçirmək mümkündür”.

Yaxın müddət ərzində “Pensiya+” xidmətindən istifadə edənlərin sayının əhəmiyyətli şəkildə artacağı gözlənilir.

 

Trend.az