Milli Məclisdə Hesablama Palatasının illik hesabatı qəbul edilib

Posted by

Milli Məclisdə Hesablama Palatasının illik hesabatı qəbul edilib

Milli Məclisdə Hesablama Palatasının illik hesabatı qəbul edilib

Milli Məclisdə Hesablama Palatasının illik hesabatı qəbul edilib

Azərbaycan Hesablama Palatası tərəfindən ötən il 75 audit yoxlama həyata keçirilib.

 

APA-nın məlumatına görə, bunu Milli Məclisdə Hesablama Palatasının illik hesabatı ilə bağlı çıxışı zamanı palatanın sədri Vüqar Gülməmmədov deyib.

 

V. Gülməmmədov bildirib ki, bu yoxlamalardan 5-i dövlət büdcəsinin gəlirləri və xərcləri, 59-u büdcə vəsaitlərinin istifadəsinin təhlili, 4-ü büdcədən kənar fondlardan istifadə, 7-si Dövlət Torpaq Fondundan istifadə ilə bağlıdır. Audit tədbirlərinin əhatə dairəsinin genişləndiyini deyən V. Gülməmmədov qeyd edib ki, aparılmış audit tədbirlərinin nəticələrinə, ayrı-ayrı istiqamətlər üzrə xas olan nöqsanlara bunlar daxildir: “Dövlət orqanlarında şöbə və sektorların yaradılması üçün ştat vahidlərinin normativ aktlarda təsbit edilmiş həddinə əməl edilməməsi, orta məktəblərdə tarifləşmənin, ali məktəblərdə elmi adlara görə əlavələrin düzgün müəyyənləşdirilməməsi, səhiyyə və mədəniyyət sahəsində ştat saylarının düzgün müəyyən edilməməsi, mənzil-kommunal təsərrüfatı sahəsində normativlərin düzgün tətbiq edilməməsi, zərərin və gəlirlərin düzgün hesablanmaması, xidmət haqlarının vaxtında və tam olaraq yığılmaması və vəsaitlərin qeyri-səmərəli istifadəsi, tikinti işlərinin aparılması zamanı layihə-smeta sənədlərinə uyğun işlərin görülməməsi, layihə-smeta sənədlərinin vaxtında ekspertizadan keçirilməməsi, işlər tam görülmədən müqavilə və ödənişlərin tam aparılması, maliyyə nöqsanları və sair”.

 

Audit aparılan təşkilatlarda aşkarlanan bəzi nöqsanlar barədə danışan V. Gülməmmədovun sözlərinə görə, belə nöqsanlara vəsaitlərinin vahid büdcə təsnifatına uyğun istifadə edilməməsi, vəsaitin xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə yönəldilməsi, debitor borcların vaxtında bağlanmaması və s. kimi halları aid etmək olar. O həmçinin bildirib ki, hesabat ilində audit tədbirləri zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqlara yol verən 254 nəfər məsul şəxsə qanunvericiliklə nəzərdə tutulmuş qaydada iltizam tənbehi tətbiq edilib.

 

Müzakirələrdən sonra hesabat qəbul olunub.

 

Apa.az