Milli Məclis və QHT-lərə Dövlət Dəstəyi Şurası arasında Anlaşma Memorandumu imzalanıb

Posted by

Milli Məclis və QHT-lərə Dövlət Dəstəyi Şurası arasında Anlaşma Memorandumu imzalanıbMilli Məclis və QHT-lərə Dövlət Dəstəyi Şurası arasında Anlaşma Memorandumu imzalanıb

Milli Məclis və QHT-lərə Dövlət Dəstəyi Şurası arasında Anlaşma Memorandumu imzalanıb

Oktyabrın 17-də Azərbaycan Respublikası Milli Məclisi və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

AzərTAc xəbər verir ki, imzalanma mərasimində Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, “İctimai iştirakçılıq haqqında” Qanun qəbul olunduqdan sonra vətəndaş cəmiyyətinin formalaşması istiqamətində daha ciddi addımlar atılıb. Bunun nəticəsidir ki, bu gün Milli Məclis ilə QHT-lərə Dövlət Dəstəyi Şurası arasında əməkdaşlıq haqqında Memorandum imzalanır. Ə.Hüseynli qeyd edib ki, ölkəmizin demokratik inkişafı yeni mərhələyə qədəm qoyub. Artıq hökumət qanunlar qəbul edərkən vətəndaşların da iştirakı, fikirləri nəzərə alınır. Bu Memorandum Milli Məclis və vətəndaş cəmiyyəti arasındakı əməkdaşlığı daha da gücləndirəcək.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, dövlətin dəstəyi nəticəsində vətəndaş cəmiyyəti artıq öz inkişaf mərhələsinə qədəm qoyub. Bu Memorandum bir daha sübut edir ki, Azərbaycan hökuməti qanunlar qəbul edərkən vətəndaşların fikirlərinə önəm verir.

Sonra həm QHT nümayəndələrinin, həm də deputatların iştirakı ilə Memorandumun imzalanmasına dair müzakirələr aparılıb.

Sonda Əli Hüseynli və Azay Quliyev Anlaşma Memorandumunu imzalayıblar.

 

AzərTac.az