Milli Məclis Türkiyədə mədəndə baş vermiş partlayış qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib

Posted by

Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilir.

Trend-in məlumatına görə, iclasın açılışında parlament üzvləri Türkiyənin Manisa vilayətində kömür mədənində baş vermiş partlayış nəticəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Qeyd edək ki, Türkiyədə kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 284 nəfərə çatıb. Trend-in “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib.

Faciə ilə əlaqədar Türkiyədə üçgünlük matəm elan olunub.

T.Yıldız bildirib ki, işçilərin sayı haqqında açıqlanan rəqəmlər mədən rəhbərliyi tərəfindən təqdim olunub. Hazırda 90 nəfər dağıntılar altındadır.

Onun sözlərinə görə, görülən işlər çərçivəsində mədəndən 370 nəfər çıxarılıb.

Partlayış işçilərin növbə dəyişikliyi zamanı olub.

Faciə İstanbuldan 250 km cənubda, Manisa vilayətinin Soma şəhərində özəl mədənlərdən birində, yerin təxminən 2 km dərinliyində baş verib.

Trend.az