TQDK sədri İsmayıllıda vətəndaşları qəbul edib

Posted by

TQDK sədri İsmayıllıda vətəndaşları qəbul edib

TQDK sədri İsmayıllıda vətəndaşları qəbul edib

TQDK sədri İsmayıllıda vətəndaşları qəbul edib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin qəbul cədvəlinə uyğun olaraq İsmayıllı şəhərində vətəndaşları qəbul edib

 

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qəbul İsmayıllı şəhəri Heydər Əliyev mərkəzində aparılıb və İsmayıllı, Ağsu, Qəbələ, Şamaxı və Qobustan rayonlarının 25 nəfər sakini qəbulda iştirak edib. Qəbulda iştirak edən sakinlər TQDK sədrinə müxtəlif məzmunlu müraciətlərini çatdırıblar.

 

Vətəndaşlar regionlarda yaşayan müəllimlərin qəbul imtahanlarının məzmununu təşkil edən materialların hazırlanması işində komissiya ilə daha sıx əməkdaşlığa cəlb olunması, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyasının gedişi, gənclərin xarici ölkələrdə təhsil imkanları, xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul və digər məsələlərlə bağlı TQDK sədrinə müraciət ediblər. Bütün müraciətlərin qeydiyyatı aparılıb, onların əksəriyyəti ilə bağlı həll olunması üçün müvafiq tapşırıqlar verilib.

 

Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin də qeydiyyatı aparılıb, onların aidiyyəti üzrə müvafiq orqanlara çatdırılması üçün göstəriş verilib.

 

Apa.az