Mikayıl Cabbarov: “Kolleclərin ali təhsil müəssisələrinin tərkibinə qatılması prosesi tədricən həyata keçiriləcək”

Posted by

Mikayıl Cabbarov: “Kolleclərin ali təhsil müəssisələrinin tərkibinə qatılması prosesi tədricən həyata keçiriləcək”Mikayıl Cabbarov: “Kolleclərin ali təhsil müəssisələrinin tərkibinə qatılması prosesi tədricən həyata keçiriləcək”

Mikayıl Cabbarov: “Kolleclərin ali təhsil müəssisələrinin tərkibinə qatılması prosesi tədricən həyata keçiriləcək”

“İlk olaraq Azərbaycan Maliyyə-İqtisad Kollecinin Azərbaycan Dövlət İqtisad Universitetinin tərkibinə verilməsi təklif edilib. Daha sonra Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin Azərbaycan Texniki Universitetinin tərkibinə verilməsi planda var”.

 

APA-nın xəbərinə görə bunu təhsil naziri Mikayıl Cabbarov deyib.

 

Təhsil nazirinin sözlərinə görə, kolleclərin ali təhsil müəssisələrinin tərkibinə qatılması prosesi tədricən həyata keçiriləcək: “Ancaq onu qeyd edim ki, bu proses bütün kolleclərə şamil edilmir. Bu, yalnız bir neçə kolleclərə aiddir”.

 

M. Cabbarov qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən 2015-2016-cı tədris ili üçün bir neçə kollecə dair müvafiq təkliflər Nazirlər Kabinetinə təqdim olunub: “Hazırda aidiyyəti qurumlarla razılaşdırma prosesi gedir. Ali təhsil müəssisələrində müasir Boloniya prosesinin tələblərinə keçid daha tez sürətlə gedir, nəinki orta ixtisas təhsil müəssisələrində. Yeniliyi tətbiq etməklə bu prosesi fəallaşdırmaq istəyirik. Bütün bunlar orta ixtisas təhsil pilləsində tələbələrə verilən təhsil səviyyəsinin yüksəldilməsinə və müasir əmək bazarının tələblərinə cavab verən kadrların yetişdirilməsinə xidmət edir”.

 

Apa.az