Məhkumlar üçün yeni iş yerləri təşkil edilib

Posted by

Məhkumlar üçün yeni iş yerləri təşkil edilib

Məhkumlar üçün yeni iş yerləri təşkil edilib

Məhkumlar üçün yeni iş yerləri təşkil edilib

Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən məhkumların ictimai faydalı əməyə cəlb olunmaları ilə bağlı yeni iş yerlərinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

Penitensiar xidmətdən Trend-ə verilən məlumata görə, bu sahədə həyata keçirilən son tədbirlər 10 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsində müasir tələblərə uyğun istixananın yaradılması və 11 saylı cəzaçəkmə müəssisəsində yeni sellofan istehsalı sexinin istifadəyə verilməsidir.

Yeni təşkil olunmuş istehsal sahələri 20 nəfərədək məhkumun əməyə cəlb edilməsinə şərait yaradacaqdır.

 

Trend.az