Metro keçidlərində ticarət obyektlərinin söküntüsünə martın 27-dən başlanacaq

Posted by

Bu gün Bakı Metropoliteninin binası qarşısında etiraz aksiyasına cəhd olunub.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, “Elmlər Akademiyası” stansiyasının qarşısında etiraz aksiyası keçirməyə cəhd edənlər metro ərazisində, keçidlərdə ticarət obyektlərinin söküləcəyi barədə xəbərdarlıq edilmiş şəxslər olub.

Hazırda narazı şəxslər Bakı Metropolitenin rəhbərliyi tərəfindən qəbul olunub.

Qəbulda iştirak edənlərin APA-nın əməkdaşına verdikləri məlumata görə, görüşdə onlara metropoliten ərazisindəki söküntü işlərinə martın 27-dən başlanacağı bildirilib. İlkin olaraq kassalarının yaxınlığında yerləşən obyektlər, daha sonra keçidlərdəki ticarət köşkləri söküləcək.

Martın 27-dək isə sahibkarlardan icarə haqqı alınmayacaq.

Qərarla razılaşmayan sahibkarlar yolu bağlamağa cəhd göstərirlər. Polis onların bu cəhdinin qarşısını almaq üçün tədbirlər görür, aksiya iştirakçılarını ərazidən uzaqlaşdırır.

Apa.az