Mədəniyyət və Turizm Nazirliyi Bakıya gələn qonaqlar üçün yeni layihənin icrasına başlayıb

Posted by

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakıya gələn qonaqlar üçün yeni layihənin icrasına başlanılıb.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın turizm imkanlarının təbliği, ölkəmizə təşrif buyuran qonaqlara nümunəvi turizm xidmətinin təşkili üçün bir çox layihələr həyata keçirilir.

Qonaqları Bakının mədəni həyatı, istirahət və əyləncə imkanları barədə dolğun və operativ məlumatlandırmaq üçün müasir tələblərə uyğun şəhər bələdçi kataloqunun yaradılmasına ehtiyac var. Artıq belə bir nəşrin – “Baku Guide” bələdçi kataloqunun ilk sayı işıq üzü görüb. Nəşrdə ay ərzində keçirilməsi planlaşdırılan mədəni-kütləvi tədbirlər, teatr və konsert müəssisələrinin repertuarları, festivallar, sərgilər, bayramlar və s. barədə məlumatlar, eləcə də tədbirlərin keçiriləcəyi ünvan, tarix, əlaqə telefonları yer alır.

Üç dildə – Azərbaycan, ingilis və rus dilində olan kataloq gələn il paytaxtımızda keçiriləcək I Avropa Oyunları ərəfəsində böyük tirajla şəhərimizin qonaqlarına təqdim olunacaq. Layihənin rəhbəri mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdir.

Trend.az