MDB-nin müşahidə missiyası Bakıda bir sıra görüşlər keçirib

Posted by

MDB-nin müşahidə missiyası Bakıda bir sıra görüşlər keçirib

MDB-nin müşahidə missiyası Bakıda bir sıra görüşlər keçiribMDB-nin müşahidə missiyası Bakıda bir sıra görüşlər keçirib

MDB Parlamentlərarası Assambleyasının (PA) seçkilər üzrə müşahidə missiyası çərşənbə axşamı Bakıda bir sıra görüşlər keçirib. Bu barədə Trend təşkilatın məlumatına istinadən xəbər verir.
MDB PA-nın beynəlxalq müşahidəçilər qrupunun əlaqələndiricisi, Rusiya Dövlət Dumasının MDB və Həmvətənlərin İşləri üzrə Komitəsinin rəhbəri Leonid Slutski təşkilatın Azərbaycanda prezident seçkilərinin uzunumüddətli monitorinqi çərçivəsində Milli Məclisin spikeri Oqtay Əsədovla görüşüb.
Görüşdə, həmçinin MDB PA Şurasının baş katibi Aleksey Sergeyev, Demokratiyanın İnkişafı, Parlamentarizm və Vətəndaşların Hüquqlarının Qorunması Beynəlxalq İnstitutunun direktor müavini Andrey Baranov, eləcə də bu institutun Bakı filialının direktoru Elman İmaməliyev iştirak ediblər.
Tərəflər seçkilərin keçirilməsinə hazırlıq məsələlərini və müşahidəçilərin işinin müxtəlif aspektlərini müzakirə ediblər. O.Əsədov Beynəlxalq İnstitutun fəaliyyətini, peşəkar təhlilini, metodikasını və tədris-təlim işini yüksək qiymətləndirib.
Məlumata əsasən, missiyanın əlaqələndiricisi L.Slutski uzunmüddətli monitorinq çərçivəsində aparılan işdən danışıb və Milli Məclisin deputatlarına MDB PA-dan olan həmkarlarına – müşahidəçilərə göstərdiyi aktiv dəstəyə görə təşəkkür edib.
L.Slutski və A.Sergeyev Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla da görüşüb. MSK-da keçirilən görüşdə Slutski seçkidən seçkiyə Azərbaycanda təkmilləşdirilən ölkənin seçki sisteminin tərəqqi etdiyini qeyd edib, müşahidəçilər də bunun şahidi olublar.
O, MDB məkanında demokratiyanın inkişafı və dövlətlərarası münasibətlərdə etimad və aşkarlıq mühitinin möhkəmləndirilməsi işi ilə bağlı təşkilata üzv ölkələrdə seçkilərin qarşılıqlı müşahidəsində MDB PA və institutun rolunu qeyd edib.
M.Pənahova uzunmüddətli monitorinq üzrə müvəqqəti hesabat təqdim edilib. L.Slutski bildirib ki, hesabatın nəticələri rəqəm və faktlara, həmçinin Azərbaycanın müxtəlif regionlarına edilən səfərlərin nəticələrinə əsaslanır.
M.Pənahov MSK-nın işini yüksək qiymətləndirdiyinə görə müşahidə missiyasına təşəkkür edib və Demokratiyanın İnkişafı, Parlamentarizm və MDB PA-nın iştirakçı dövlətlərinin Vətəndaşlarının Hüquqlarının Qorunması Beynəlxalq İnstitutunun hazırladığı “Azərbaycan Respublikası Prezidenti seçkiləri haqqında yerli qanunvericiliyin beynəlxalq seçki standartlarına uyğunluğuna dair rəy”in yüksək peşəkarlıq səviyyəsini vurğulayıb.
Sonra o, MSK-nın prezident seçkiləri ərəfəsində keçirdiyi tədbirlərdən söhbət açıb. Tərəflər, həmçinin təşkilati işlərin və seçkilərin keçirilməsinin növbəti mərhələrində qarşılıqlı fəaliyyətin aspektlərini müzakirə ediblər.