MDB-nin dövlət başçıları Tacikistan-Əfqanıstan sərhəd sahəsinin möhkəmləndirilməsində Tacikistana yardım göstərilməsi barədə iş qaydasında qərar qəbul etmişdir

Posted by

Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurası MDB-yə üzv dövlətlərin xarici sərhədlərinin Tacikistan-Əfqanıstan sahəsində sərhəd təhlükəsizliyini möhkəmləndirmək üçün Tacikistan Respublikasına yardım göstərilməsi barədə iş qaydasında qərar qəbul etmişdir. Bu barədə AzərTAc-a MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən bildirmişlər.

Belə bir qərarın qəbul olunması zərurəti Tacikistan-Əfqanıstan sərhədində mürəkkəb vəziyyətin yaranmasından irəli gəlir. Hazırda bu sərhəd sahəsi Birlik ölkələrinin xarici sərhədlərinin ən təhlükəli istiqamətidir. Burada MDB dövlətlərinin ərazilərinə yaraqlıların, terror və təxribat vasitələrinin, qanunsuz miqrantların keçid kanallarını təşkil edən beynəlxalq terrorçu təşkilatların fəaliyyəti və transsərhəd cinayətkarlığı ilə, habelə narkotik vasitə qaçaqmalçılığı ilə əlaqədar hər cür təhlükə yaranmaqdadır.

Qərarda nəzərdə tutulmuşdur ki, beynəlxalq müqavilələrə və mövcud imkanlara uyğun olaraq Birlik ölkələrinin hökumətləri Tacikistan tərəfinin sorğusu əsasında Tacikistan-Əfqanıstan sərhəd sahəsinin möhkəmləndirilməsinə və təchizatına kömək göstərə bilərlər. Bu zaman yardım göstərilməsi qaydası Tacikistanın MDB-yə üzv dövlətlərlə ikitərəfli münasibətləri çərçivəsində müəyyənləşdiriləcəkdir.

Tacikistana yardım göstərilməsi çərçivəsində Birlik ölkələrinin sərhəd idarələrinin fəaliyyətini Sərhəd Qoşunları Komandirləri Şurası (SQKŞ) əlaqələndirəcəkdir.

Qərarda həmçinin qeyd edilir ki, Tacikistan tərəfinə yardım göstərmiş dövlətlər və SQKŞ yardımdan istifadənin monitorinqini keçirmək imkanı əldə edəcəklər.

AzərTac.az