MDB hökumət başçılarının iclasında 20-dən artıq məsələyə baxılacaq

Posted by

MDB hökumət başçılarının iclasında 20-dən artıq məsələyə baxılacaq

MDB hökumət başçılarının iclasında 20-dən artıq məsələyə baxılacaq

MDB hökumət başçılarının iclasında 20-dən artıq məsələyə baxılacaq

Mayın 30-da Minskdə keçirilməsi planlaşdırılan MDB Hökumət Başçıları Şurasının iclasında 23 sənəd layihəsinə baxılacaq. Trend-in məlumatına görə, bu barədə BELTA MDB İcraiyyə Komitəsinə istinadən xəbər verir.

İqtisadi məsələlərin müzakirə olunacağı iclasda ötən il 2020-ci ilədək dövrü əhatə edən MDB iştirakçı ölkələrinin dövlətlərarası innovativ əməkdaşlıq proqramının icra vəziyyəti barədə fikir mübadiləsi aparılacaq.

Gündəlikdə dayanan digər məsələ dövlətlərarası elmi-texniki informasiya mübadiləsi sahəsində əməkdaşlıq haqqında sazişdir. Sənəd layihəsi belə mübadilənin genişlənməsi, MDB informasiya və innovasiya məkanının inkişafı və s. üçün hazırlanıb.

Eyni zamanda, hökumət başçıları nəqliyyat təhlükəsizliyi, MDB dövlətlərarası radionaviqasiya proqramı, humanitar sahədə əməkdaşlığın inkişafı və digər sahələrdə qarşılıqlı informasiya fəaliyyəti ilə bağlı məsələləri müzakirə edəcəklər.

Hökumət Başçıları Şurasının nəzərdən keçirəcəyi başqa bir məsələ isə MDB orqanlarının maliyyə-təsərrüfat fəaliyyəti ilə əlaqədardır.

İclasda İcariyyə Komitəsinin sədr müavini və MDB icraçı katibinin seçilməsi, habelə Şuranın növbəti iclasının tarixinin müəyyənləşdirilməsi ilə bağlı qərar veriləcək.

 

Trend.az