Azərbaycan Silahlı Qüvvələrinin ümumqoşun təlimləri keçiriləcək

Posted by

Azərbaycan Silahlı Qüvvələrinin ümumqoşun təlimləri keçiriləcək

Azərbaycan Silahlı Qüvvələrinin ümumqoşun təlimləri keçiriləcək

Azərbaycan Silahlı Qüvvələrinin ümumqoşun təlimləri keçiriləcək

Bu, Azərbaycan Silahlı Qüvvələri tarixində ən böyük hərbi təlim olacaq

 

26 İyun – Silahlı Qüvvələr günü ərəfəsində Azərbaycan Silahlı Qüvvələrinin ümumqoşun təlimlərinin keçirilməsi planlaşdırılır.

 

Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

 

Bir neçə gün davam edəcək və müxtəlif tapşırıqların yerinə yetiriləcəyi təlimlərdə Müdafiə Nazirliyi ilə yanaşı, Sərhəd Qoşunları və Daxili Qoşunların qüvvələri də iştirak edəcək.

 

Bu, Azərbaycan Silahlı Qüvvələrinin tarixində ən böyük ümumqoşun təlimi olacaq.

 

Təlimdə Azərbaycanın son illərdə xaricdən aldığı müxtəlif hərbi texnika və silah sistemləri də sınaqdan çıxarılacaq.

 

Silahlı Qüvvələr günü ərəfəsində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantlarının buraxılışı da olacaq.

 

Apa.az