Müdafiə Sənayesi Nazirliyi Azərbaycan Silahlı Qüvvələrini kimyəvi mühafizə vasitələri və əleyhqazlarla tam təchiz edəcək

Posted by

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) Silahlı Qüvvələrin kimyəvi mühafizə vasitələri və əleyhqazlara olan tələbatını tam qarşılayacaq.

Bu barədə APA-ya MSN-dən məlumat verilib.

Nazirlik ötən il Müdafiə Nazirliyindən və Daxili Qoşunlardan kimyəvi-bakteroloji-nüvə (NBC) mühafizə vasitələri və əleyhqazların çatdırılmasına dair sifariş alıb. Hazırda «Radioquraşdırma» zavodu tərəfindən həmin sifariş qrafik üzrə yerinə yetirilir.

«Azərbaycanda istehsal olunan NBC vasitələri öz keyfiyyətinə görə xarici analoqları ilə eyni səviyyədədir. Hazırda Fövqəladə Hallar Nazirliyi də daxil olmaqla digər qurumlarla da danışıqlar gedir. Nazirlik eyni zamanda bu məmulatların xaricə ixracı sahəsində işlər aparır», – deyə məlumatda bildirilib.

Azərbaycan istehsalı olan əleyhqazlar öz rahatlığı ilə yanaşı, əsgərin geyimdə olduğu halda qidalanmasına, su içməsinə imkan verir.

Apa.az