Müdafiə naziri Silahlı Qüvvələrin tibb xidmətinin rəhbər zabit heyəti ilə görüşüb

Posted by

Müdafiə naziri Silahlı Qüvvələrin tibb xidmətinin rəhbər zabit heyəti ilə görüşüb

Müdafiə naziri Silahlı Qüvvələrin tibb xidmətinin rəhbər zabit heyəti ilə görüşüb

 

 

Müdafiə naziri Silahlı Qüvvələrin tibb xidmətinin rəhbər zabit heyəti ilə görüşüb

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Baş Klinik Hospitalında hərbi tibb xidmətinin rəhbər heyətinin ilin yekunlarına həsr olunmuş toplantısında iştirak edib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, müdafiə naziri və Tibb Baş İdarəsinin rəhbərliyi toplantıdan əvvəl xalqımızın ümummilli lideri Heydər Əliyevin hospitalın həyətində ucaldılmış büstünü ziyarət edərək önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

 

Toplantını açan Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev son bir il ərzində qoşunlarda şəxsi heyətin döyüş hazırlığı və sosial-məişət şəraitinin səviyyəsinin yaxşılaşdırılması, hərbi tibb müəssisələrinin müasir avadanlıqla təchiz edilməsi, müayinə və müalicə işinin təkmilləşdirilməsi, hərbi qulluqçuların və onların ailə üzvlərinin sağlamlıq vəziyyətinin qorunması və tibbi təminatının müasir tələblərə uyğun təşkil edilməsi üçün dövlət və ordu rəhbərliyi tərəfindən həyata keçirilən tədbirlərin vacibliyini qeyd edib.

 

Müdafiə naziri, general-polkovnik Z.Həsənov toplantıda çıxış edərək Silahlı Qüvvələrin döyüş qabiliyyətinin möhkəmləndirilməsi məqsədilə aparılan irimiqyaslı quruculuq işlərinin ölkə rəhbərliyinin, şəxsən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət mərkəzində olduğunu vurğulayıb.

 

2015-ci tədris ili üçün qarşıda duran vəzifələrdən danışan nazir bu gün dövlət rəhbərliyinin əsas məqsədinin Silahlı Qüvvələrin döyüş qabiliyyətinin daha da gücləndirilərək torpaqlarımızın işğaldan azad edilməsi vəzifəsinin yerinə yetirilməsindən ibarət olduğunu qeyd edib. Məhz bu sahədə tibb xidməti zabitlərinin də üzərinə düşən məsuliyyətin artırılmasını, hər bir hərbi tibb müəssisəsi rəhbərliyinin xidmət etdiyi hərbi bölmənin döyüş qabiliyyətinin möhkəmləndirilməsinə töhfə verməsini diqqətə çatdırıb.

 

Görüşün sonunda müdafiə naziri tibb zabitlərinin hərbi təbabətin aktual sahələri ilə bağlı suallarını cavablandırıb.

 

Sonra Azərbaycan Tibb Universiteti hərbi tibb fakültəsinin əsaslı təmir olunmuş qərargah və yataqxanasına baxış keçirən nazir görüləcək işlərlə bağlı tövsiyə və tapşırıqlarını verib.

 

AzərTac.az