Yardımlının ucqar yaşayış məntəqələrində yeni məktəb binaları istifadəyə verilib

Posted by

Yardımlının ucqar yaşayış məntəqələrində yeni məktəb binaları istifadəyə verilibYardımlının ucqar yaşayış məntəqələrində yeni məktəb binaları istifadəyə verilib

Yardımlının ucqar yaşayış məntəqələrində yeni məktəb binaları istifadəyə verilib

Dekabrın 17-də Yardımlı rayonunun ucqar yaşayış məntəqələri olan Urakəran və Çayüzü kəndlərində tikilmiş yeni məktəb binaları istifadəyə verilib.

 

APA-nın cənub bürosunun məlumatına görə, hər iki təhsil ocağında yerli icra strukturları, hüquq-mühafizə orqanları, müvafiq idarə və təşkilat rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən açılış mərasimləri keçirilib.

 

220 şagird yerlik ikimərtəbəli Çayüzü kənd orta məktəbi 21 otaqdan ibarət olmaqla 14 sinif otağı və digər xidmət sahələrindən ibarətdir. 180 şagird yerlik Urakəran kənd orta məktəbində isə ümumilikdə 18 otaq olmaqla 9 sinif otağı və digər xidmət sahələri vardır.

 

Hər iki təhsil müəssisəsində müasir idman zalı inşa olunub, sinif otaqlarında istilik sistemləri quraşdırılıb. Sonda tədbir iştirakçıları məktəb binalarında yaradılmış şəraitlə tanış olublar.

 

 

Apa.az