Macarıstan Parlamentinin sədri Azərbaycana gəlir

Posted by

Macarıstan Parlamentinin sədri Azərbaycana gəlirMacarıstan Parlamentinin sədri Azərbaycana gəlir

Macarıstan Parlamentinin sədri Azərbaycana gəlir

Macarıstan Parlamentinin sədri, hakim FİDES partiyasının liderlərindən biri Laslo Köverin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 16-da Azərbaycana səfərə gəlir. Bu barədə Trend-ə Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib.

 

İşgüzar xarakter daşıyan səfər zamanı Milli Məclisində və Azərbaycan hökumətində bir sıra görüşlərin keçirilməsi, danışıqların aparılması nəzərdə tutulur.

 

Səfərin başqa bir məqsədi isə ölkəmizin paytaxtında keçirilən Birinci Avropa Oyunları ilə tanış olmaq, bu sahədə Azərbaycanın təcrübəsini daha yaxından öyrənməkdir. Bakıda olduğu günlərdə cənab Köver macar idmançılarının qatıldıqları yarışları izləyəcək, habelə Macarıstan milli komandasının üzvləri ilə ayrıca görüş keçiriləcək.

 

Macarıstan Parlamenti sədrinin Bakıya səfəri iyunun 21-nə qədər davam edəcək.

 

Trend.az