Əli Həsənov məcburi köçkünləri qəbul edəcək
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun iyulun 1-də Nazirlər Kabinetində qəbul günüdür. Bu barədə Trend-ə Dövlət Komitəsindən məlumat verilib.
Dövlət Komitəsi məcburi köçkünlərin nəzərinə çatdırır ki, həmin qəbul Yasamal Rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcək.
Qəbula yazılma həmin gün saat 09:00-dan 10:00-dək Yasamal Rayon İcra Hakimiyyətində təşkil ediləcək. Qəbul saat 10:00-dan başlayacaq.
Trend.az