Dövlət qulluqçularının peşə bayramı günü ilə əlaqədar ƏƏSMN-də tədbir keçirilib

Posted by

Dövlət qulluqçularının peşə bayramı günü ilə əlaqədar ƏƏSMN-də tədbir keçirilib

Dövlət qulluqçularının peşə bayramı günü ilə əlaqədar ƏƏSMN-də tədbir keçirilib

Dövlət qulluqçularının peşə bayramı günü ilə əlaqədar ƏƏSMN-də tədbir keçirilib

23 iyun – dövlət dulluqçularının peşə bayramı günü münasibətilə Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) toplantı keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ƏƏSMN-in kollektivini peşə bayramı günü münasibəti ilə təbrik edib, onlara xoş arzularını ifadə edib.

Nazir ümummilli lider Heydər Əliyevin dövlət idarəçiliyi sahəsində milli kadr potensialının formalaşdırılması sahəsində hələ ötən əsrin 70-80-ci illərində gördüyü işlərdən, eləcə də müstəqil Azərbaycanda müasir dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi, dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafı, bu sahədə hüquqi bazanın yaradılması sahəsində mühüm tarixi xidmətlərindən söz açıb: “Ulu öndərimizin fəaliyyəti yüksək vətənpərvərlik və milli dövlətçiliyə sədaqət hissinə, xalqa layiqli və yorulmadan xidmət məramına əsaslanan dövlət qulluğu nümunəsi kimi müstəqil Azərbaycanda hər bir dövlət qulluqçusu üçün əbədi örnəkdir”.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkədə dövlət qulluğu sisteminin təkmilləşməsinə, dövlət qulluqçularının sosial müdafiəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edən S.Müslümov dövlət başçısının 2006-cı il 25 may tarixli sərəncamı ilə dövlət qulluqçularının peşə bayramı gününün təsis olunmasını da bu sahədə çalışan insanların əməyinə ən yüksək səviyyədə dəyər verilməsinin daha bir təzahürü olduğunu vurğulayıb: “Nazirlikdə müasir tələblərə cavab verən kadr potensialının formalaşdırılması vacib şərtlərdən biridir. Bununla bağlı olaraq biz Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə fəal əməkdaşlıq həyata keçiririk. Nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə Komissiyanın keçirdiyi müsabiqələrdə və müsahibə mərhələlərində uğur qazanmış namizədlərin cəlb olunmasına üstünlük verilir”.

Nazirlikdə aparılan islahatların əhaliyə xidmət səviyyəsinin yüksək səviyyədə təşkilinə və fəaliyyət sahələrində şəffaflığın təmin olunmasına xidmət etdiyini vurğulayan nazir ƏƏSMN-in hər bir əməkdaşının bu islahatlar prosesində daim səylərini artırmalı olduğunu bildirib. Dövlət qulluğunun məsuliyyətli olduğu qədər də şərəfli bir fəaliyyət sahəsi olduğunu qeyd edən S.Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər. Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır” fikrinin nazirliyin hər bir əməkdaşı üçün də əsas davranış və fəaliyyət kodeksi olduğunu vurğulayıb.

Tədbirdə S.Müslümov nazirliyin 7 saylı internat evinin direktoru Səfərova Pərvanə Əli qızını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Əməkdar həkim” fəxri adı ilə təltif olunması münasibətilə təbrik edib və “Əməkdar həkim” fəxri adının döş nişanını ona təqdim edib.

Tədbirin yekununda dövlət qulluğunda səmərəli fəaliyyəti ilə fərqlənən nazirlik əməkdaşlarına fəxri fərmanlar təqdim olunub.

 

Trend.az