Əli Həsənov: “Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyəti institutlarını özünün tərəfdaşı hesab edir”

Posted by

Əli Həsənov: “Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyəti institutlarını özünün tərəfdaşı hesab edir”Əli Həsənov: “Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyəti institutlarını özünün tərəfdaşı hesab edir”

Əli Həsənov: “Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyəti institutlarını özünün tərəfdaşı hesab edir”

“Azərbaycanda vətəndaş cəmiyyəti institutunun belə ofisə malik olması çox böyük mətləblərdən xəbər verir”.

 

APA-nın məlumatına görə, bunu bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) kimi binasının açılışı ilə bağlı keçirilən mərasimdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

 

Ə. Həsənov bildirib ki, BAMF Azərbaycanda QHT-lərin klassik nümunəsidir və 20 ildir, Azərbaycanda səmərəli fəaliyyət göstərir: “Mən bu sahədə Umud Rəhimoğlunun fəaliyyətini yüksək dəyərləndirirəm. Bu gün Azərbaycanda Beynəlxalq Avrasiya Mətbuat Fondu kimi 3 500 QHT fəaliyyət göstərir və Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğuna töhfə verir.

 

Təməli Heydər Əliyev tərəfindən qoyulan vətəndaş cəmiyyəti quruculuğu siyasəti bu gün prezident İlham Əliyev tərəfindən davam etdirilir. Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyəti, ofisi Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının boğulması barədə bəzi beynəlxalq təşkilatlarının ittihamlarına əsl cavabdır. Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyəti institutlarını özünün tərəfdaşı hesab edir. Bu siyasətin nəticəsidir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu belə uğurlar qazanıb. Beynəlxalq Avrasiya Mətbuat Fondu tək deyil, belə uğur qazanan bir neçə təşkilatımız var. QHT-lərimiz, media orqanlarımız müxtəlif beynəlxalq təşkilatlarda səmərəli fəaliyyət göstərir”.

 

Apa.az