İlham Əliyev daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması üzrə Dövlət Proqramını təsdiq edib

Posted by

İlham Əliyev daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması üzrə Dövlət Proqramını təsdiq edib

Azərbaycan Prezidenti İlham Əliyev “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

 

GünAz-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Dövlət Milli mədəni irsin qorunmasını təmin etmək, Azərbaycan Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını həyata keçirmək məqsədi ilə “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” təsdiq edilsin.

 

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.