İlham Əliyev Avstriya parlamentinin ikinci prezidentini qəbul edib

Posted by

İlham Əliyev Avstriya parlamentinin ikinci prezidentini qəbul edib

İlham Əliyev Avstriya parlamentinin ikinci prezidentini qəbul edib

İlham Əliyev Avstriya parlamentinin ikinci prezidentini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Avstriya parlamentinin ikinci prezidenti Karlhaynts Kopfun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

APA-nın məlumatına görə, Avstriya parlamentinin ikinci prezidenti K.Kopf ölkəmizin əldə etdiyi uğurlu iqtisadi inkişaf münasibətilə Azərbaycan prezidentini təbrik edib.

 

K.Kopf paytaxtımızda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını məmnunluqla qeyd edib. Avstriyalı qonaq ölkəmizdə keçirdiyi görüşlər barədə prezident İlham Əliyevə məlumat verib.

 

Azərbaycan prezidenti isə ölkəmizlə Avstriya arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. İlham Əliyev Avstriyaya ötənilki səfərini və orada biznes ictimaiyyəti ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.

 

Dövlət başçısı Avstriya şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyətinin önəmini qeyd edib. Azərbaycan prezidenti Avstriya parlamentinin ikinci prezidentinin ölkəmizə səfərinin parlamentlərarası əlaqələrin genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib

 

Apa.az