Latviyanın sabiq prezidenti: Dağlıq Qarabağ münaqişənin həlli var və sülh yolu ilə çözülməlidir
Dağlıq Qarabağ münaqişənin həlli var və sülh yolu ilə çözülməlidir. Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa bildirib.
Latviyanın sabiq dövlət başçının fikrincə, Azərbaycan həmişə Latviyanın etibarlı dostu olub:
“Mütəmadi olaraq Latviyanın və Azərbaycanın rəsmi şəxsləri, iş adamları ikitərəfli səfərlər təşkil edirlər”.
Xanım Vike-Freyberqa qeyd edib ki, iki ölkə arasında müxtəlif sahələrdə inkişaf üçün perspektivlər var.
Regionda mövcud münaqişələrdən və onların həlli barədə danışan Latviyanın sabiq prezidentinin sözlərinıə görə, Dağlıq Qarabağ münaqişəsi də bugünkü görüşün əsas mövzularındandır:
“Nizami Gəncəvi Mərkəzinin əsas istiqaməti tolerantlıq və birgəmövcudluq ideyalarının təbliğidir. Münaqişələr cəmiyyətlərə zülm verirlər. Qaçqınlar illərlə öz doğma yurdlarına qayıda bilmirlər, lakin ümid həmişə var. Latviyada çoxları deyirdi ki, ölkənin müstəqilliyi bərpa etməyə şansı yoxdur, amma bu baş verdi, SSRİ dağıldı, çox şey dəyişdi, əvvəllər sərhədi olmayan yerdə sərhədlər yarandı. Münaqişəni o zaman həll etmək mümkün olacaq ki, xalqlar bu münaqişədən daha çox itirəcəklərini anlasınlar. Münaqişənin həlli var və o, sülh yolu ilə çözülməlidir. Bu üsuldan dünyanın bir çox yerlərində istifadə olunub və burada da tətbiq oluna bilər”.