Kreml: Xəzərin statusu haqqında konvensiya gələn il imzalana bilər

Posted by

Kreml: Xəzərin statusu haqqında konvensiya gələn il imzalana bilərKreml: Xəzərin statusu haqqında konvensiya gələn il imzalana bilər

Kreml: Xəzərin statusu haqqında konvensiya gələn il imzalana bilər

Xəzərin hüquqi statusu haqqında konvensiyanın hazırlanmasında xeyli irəliləyiş əldə olunub. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov deyib.

Onun sözlərinə görə, konvensiya 2015-ci ildə Qazaxıstanda keçiriləcək sammitdə imzalana bilər.

Y.Uşakov qeyd edib ki, tədbiröncəsi ekspertlərin fəal işi sayəsində sammitin yekunu olaraq Xəzərdə gələcək əməkdaşlıq üçün vacib nəticələr əldə oluna bilər: “Həştərxan sammitinin işi uğurla başa çatarsa, növbəti sammitdə konvensiyanın imzalanması istiqamətində birbaşa işə başlanacaq”.

Prezident köməkçisi bildirib ki, Xəzərin hüquqi statusunun hazırlanması “Xəzər beşliyi”nin qarşısında dayanan vacib məsələdir: “Bu məqsədlə 1996-cı ildə xüsusi işçi qrupu yaradılıb. Ümumilikdə 38 iclas keçirilib”.

 

Trend.az