“Xəzər beşliyi” regionda kənar silahlı qüvvələrin yolverilməzliyinə dair razılığa gəlib
“Xəzər beşliyi” (Azərbaycan, Rusiya, İran, Qazaxıstan, Türkmənistan) regionda kənar silahlı qüvvələrin iştirakının yolverilməzliyi haqqında razılığa gəlib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.
Onun sözlərinə görə, bu, siyasi bəyanat layihəsində əksini tapıb: “Bu məsələ üzrə də çətin məsləhətləşmələr keçirildi, lakin tərəflər prinsipdə razılığa gəldilər”.
Trend.az