Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub

Posted by

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-160, Kiçik Qafqazın çaylarında 20-60, Lənkəran-Astara bölgəsi çaylarında 10-30, Naxçıvan MR çaylarında isə ongünlük normanın 30 faizini təşkil edir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, aprelin 18-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 330 m3/s olmaqla ongünlük normanın 44 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm bir qədər çox olmaqla 435 m3/s və ongünlük normanın 58 faizini təşkil edib.

 

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 12 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 110 m3/s olmaqla, ongünlük normanın 65 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər çox olmaqla 142 m3/s təşkil edərək ongünlük normanın 85 faizinə bərabər olub.

 

Kür çayının aşağı axınında isə suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvanda və Salyanda 8, Bankədə 2 sm azalma qeydə alınıb, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

 

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 316 sm, Şirvanda 159 sm, Salyanda 87 sm, Bankədə 191 sm, Araz çayının Novruzlu məntəqəsində isə 50 sm təşkil edir.

 

Apa.az