Koreya Respublikası GUAM-a ciddi maraq göstərir
Bu gün, iyulun 2-də Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilatın – GUAM-ın Ukraynanın paytaxtında yerləşən mənzil-qərargahında qurumun baş katibi Valeri Çeşelaşvili ilə Koreya Respublikasının Ukraynaya yenicə təyin olunmuş səfiri Sol Kyon Hunun görüşü olmuşdur. Bu barədə AzərTAc-a qurumun Kiyevdəki mənzil-qərargahından məlumat vermişlər.
Görüşdə regionda işlərin ümumi vəziyyəti, GUAM və Koreya Respublikasının qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən turizm, ticarət və investisiya sahələrində gələcək əməkdaşlıq imkanları müzakirə edilmişdir.
Tərəflər yeni proqramlar və əməkdaşlıq layihələri hazırlamaq məqsədi ilə dialoqu davam etdirmək barədə razılığa gəlmişlər.
AzərTac.az